“Meta Platforms” cərimələndi
Avropa Komissiyası (AK) “Meta Platforms” şirkətini 840,24 milyon dollar məbləğində cərimələyib.
SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, AK bu qərarını Avropa İttifaqının (Aİ) antimonopoliya qaydalarının pozulması ilə izah edib.
Aİ hesab edir ki, “Meta Platforms”un təcrübəsi ədalətsizdir və “Facebook Marketplace” xidməti üçün sərfəlidir.
AK bəyanatında “Meta” şirkətini öz “Facebook Marketplace” onlayn elan xidmətini “Facebook” sosial şəbəkəsi ilə əlaqələndirərək digər onlayn məxfi xidmət təminatçılarına ədalətsiz ticarət şərtləri sırımaqda ittiham edib.
“Meta” bəyan edib ki, qərardan apellyasiya şikayəti verəcək. Şirkət onu da qeyd edib ki, hələlik bu qərara əməl edəcək və qaldırılan məsələləri həll etməyə çalışacaq.
“Facebook” 2016-cı ildə “Marketplace”i işə salıb və bir il sonra onu bir neçə Avropa ölkəsində genişləndirib.
Xatirə SADİQ