Roma Papası bütün müharibələrdə Milad atəşkəsinə çağırıb

Roma Papası Fransisk bazar günü ibadətində müharibələrin bütün cəbhələrində atəşkəsə çağırıb. 

Dec 23, 2024 - 16:51
Roma Papası bütün müharibələrdə Milad atəşkəsinə çağırıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsis” məlumat yayıb.

Roma papası Ukraynada və Qəzza zolağında məktəb və xəstəxanaların vəhşicəsinə bombalanmasını pisləyib. 

“Qoy, silahlar sussun və Milad himnləri səslənsin! Dua edək ki, Milad günü müharibənin bütün cəbhələrində, Ukraynada, Müqəddəs Torpaqda, Yaxın Şərqdə və bütün dünyada atəşkəs olsun”, - deyə pontifik bildirib.

Fransisk əldən düşən Ukraynadan danışarkən onun hücumlara məruz qaldığını, məktəblərə, xəstəxanalara və kilsələrə ziyan vurulduğunu xatırladıb. 

Qəzzanı düşünərkən keçirdiyi ağrıları belə dilə gətirib: “Bu cür qəddarlıqdır, uşaqlara avtomatlardan güllə atılır, məktəblər, xəstəxanalar bombalanır. O qədər qəddarlıqdır ki!”.

Bazar günü xeyir-dua mərasimi qapalı şəraitdə keçirilib. Vatikan bunu soyuq hava şəraiti və Fransisk üçün qarşıdan gələn həftənin tədbirlərlə zəngin olması ilə izah edib.

Xatirə SADİQ