“Hizbullah”ın kəşfiyyat qərargahı bombalandı – Beyrutda

İsrail qırıcıları “Hizbullah”ın Beyrutdakı kəşfiyyat qərargahına zərbələr endirib.

Oct 3, 2024 - 19:07
“Hizbullah”ın kəşfiyyat qərargahı bombalandı – Beyrutda

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbəer verir ki, bu barədə İsrail ordusunun X səhifəsində bildirilib.

Qurum dağın yamacında yerləşən üçmərtəbəli binanın vurulmasının qısa videoyazısını dərc edib. Bu qərargah “Hizbullah”ın mərkəzi nöqtəsi idi. Məhz burada qruplaşma İsrail haqqında “kəşfiyyat mənzili” formalaşdırmışdı və “strateji məlumat toplama imkanlarını” cəmləşdirirdi.

Qırıcıların hədəfi təkcə qərargah deyil, həm də onun əməkdaşları, müşahidə avadanlıqları və digər infrastrukturlar idi.Qeyd edək ki, bu gün İsrail ordusu həm də Beyrutun cənub ətrafına zərbələr endirib. Hadisənin şahidləri evlərdən qalxan tüstünün görüntülərini dərc ediblər.

Xatırladaq ki, İsrail sentyabrın sonlarından Livanda “Hizbullah”a qarşı “Şimalın oxları” adlı hərbi əməliyyat keçirir.

Xatirə SADİQ