NATO-nun Baş katibi Kiyevdə mühüm açıqlama verdi - Oktyabrın 12-də nə baş verəcək?

Oktyabrın 12-də Ukrayna üzrə təmas qrupunun ölkələri (“Ramştayn” formatı) Kiyevin Rusiya ərazisinə zərbələr endirməsi üçün Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsini müzakirə edəcək.

Oct 3, 2024 - 18:55
Oct 3, 2024 - 18:55
NATO-nun Baş katibi Kiyevdə mühüm açıqlama verdi - Oktyabrın 12-də nə baş verəcək?

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun yeni baş katibi Mark Rutte Kiyevə səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, ABŞ prezidenti Co Baydenin müttəfiqlərlə və Ukrayna ilə birlikdə keçirəcəyi görüş zamanı baş verəcək.

NATO-nun yeni rəhbəri bildirib ki, alyans müstəqil olaraq bu cür məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edə bilməz. O, həmçinin qeyd edib ki, NATO Ukraynaya daha çox yardım göstərmək və bunu mümkün qədər tez etmək üçün çox çalışır.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə Qərbdən Rusiya ərazisinə zərbə endirmək üçün uzaqmənzilli silahlarından istifadə etmək, həmçinin Kiyevi daha çox uzaqmənzilli raketlərlə təchiz etmək üçün xahiş edib.

Xatirə SADİQ