Müşavirini gizlicə Moskvaya göndərən Xamenei Putindən nə istəyir? - “The Times” in şərhi

İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Ayətullah Əli Laricani bir neçə dəfə gizli şəkildə Rusiyaya səfər edib.

Jan 13, 2025 - 17:53
Müşavirini gizlicə Moskvaya göndərən Xamenei Putindən nə istəyir? - “The Times” in şərhi

SAVASHMEDİA.az-ın xəbərinə görə , nüfuzlu “The Times” nəşri İranın Əli Laricaninin gizli səfərlərindəki əsas məqsədi Rusiyanın köməkliyi ilə sarsılmış hərbi potensialını gücləndirməkdir.

“The Times” iddia edir ki, elə bu səbəbdən də Əli Laricaninin son vaxtlar əsas işi Moskva ilə Tehran arasında uçmaq olub. Qərb kəşfiyyatı hesab edir ki, bu səfərlərin məqsədi İranın nüvə proqramının inkişafında Rusiyadan yardım almaq cəhdləridir. Səfərlərin gizliliyi isə Tehran və Moskvanın Qərbin daha sərt sanksiyalarından ehtiyatlanmasına görədir.

İddia edilir ki, İran Rusiyanın Su-35 qırıcısının son versiyasını əldə etmək və İsrail tərəfindən məhv edilən hava hücumundan müdafiə sistemlərini yenidən bərpa etmək istəyir. Bundan əlavə, Tehran Rusiyanın regiondakı mövcudluğunu nəzərə alaraq, arsenalı İsrail tərəfindən məhv edilən “Hizbullah”ı yenidən silahlandırmaq niyyətindədir.

Nəşrin mənbəsi bildirib ki, Rusiyanın raket və dronlara görə İrandan asılılığını nəzərə alaraq, “Moskvanın İranın nüvə proqramı ilə bağlı əvvəllər çəkilmiş qırmızı xətləri keçməyə hazır olması ilə bağlı narahatlıqlar var”.

Səlcuq