Hərbi hospitalda yanğın oldu – Tulada
Rusiyanın Tula şəhərində hərbi hospitalın binasında yanğın baş verib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb.
İlkin məlumata görə, yanğın nəticəsində 57 nəfər təxliyə edilib, ölən və xəsarət alan olmayıb. Məlum olub ki, bu hospitalda çağırışçılar müalicə olunur.
Yanğın binanın üçüncü mərtəbəsində başlayıb. Onun naqillərdə nasazlıq səbəbindən baş verdiyi ehtimal edilir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.
Xatirə SADİQ