Gürcüstanın sabiq baş naziri döyüldü – FOTO

Gürcüstanın Batumi şəhərində ölkənin sabiq baş naziri, hazırda müxalifətdə olan “Gürcüstan naminə” partiyasının lideri Georgi Qaxariya döyülüb. 

Jan 15, 2025 - 11:43
Jan 15, 2025 - 11:44
Gürcüstanın sabiq baş naziri döyüldü – FOTO

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, insident “Şeraton” otelinin lobbisində gecə saatlarında baş verib. 

Şahidlərin sözlərinə görə, müxalifət liderinə hücumç edənlər və döyənlər arasında hakim partiyanın tərəfdarı olan “Xalqın Gücü” partiyasını ölkə parlamentində təmsile dən deputat Dmitri Samxaradze və “Gürcü Arzusu” partiyasının Acarıstan Ali Şurasındakı üzvü Georgi Manvelidze də olub.

Polis patrulu hadisə yerinə çağırışdan cəmi 40 dəqiqə sonra, təcili yardımdan xeyli sonra gəlib. Polis cinayət məcəlləsinin döyülmə maddəsi ilə iş açıldığını bildirib. Onlar deputatların insidentdə iştirakına münasibət bildirməyiblər.

Qaxariyanın müayinəyə aparıldığı xəstəxanadan bildirilib ki, keçmiş baş nazirə burun sümüyünün sınığı və beyin silkələnməsi diaqnozu qoyulub. O, sonrakı müalicə üçün həmin xəstəxanada qalmaqdan imtina edib. 

Xatirə SADİQ