Dollar bahalaşdı
Dollar digər aparıcı valyutalar qarşısında son iki ilin ən yüksək həddinə çatıb. Belə ki, bu gün, yanvarın 13-də avro 0,6% ucuzlaşaraq 1,0187 dollar olub.
SAVASHMEDİA.az “Financial Times”a istinadla xəbər verir ki, ABŞ valyutasının indeksi 2022-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.
Funt 14 ayın minimumunu vuraraq, daha 0,7% ucuzlaşaraq 1,213 dollara düşüb və G10 valyutaları arasında ən pis göstərici nümayiş etdirib. Səhər birjasında avro dollar qarşısında 0,6% ucuzlaşaraq 1,0187 dollar olub.
Dollar Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra möhkəmlənir. İxrac tarifləri və vergilərin azaldılması da daxil olmaqla Trampın siyasətinin inflyasiyaya təkan verəcəyi gözlənilir ki, bu da ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrinin endirilməsi perspektivlərini daha da məhdudlaşdıra bilər.
Mütəxəssislər yeni tariflərin tətbiqi və ABŞ iqtisadiyyatının böyüməsini davam etdirməsi fonunda gələn il ərzində dolların təxminən 5% bahalaşacağını gözləyirlər.
Yağmur