“Qazprom” yüksək vəzifələrdə kütləvi ixtisarlara hazırlaşır – “Forbes”

Rusiyanın qaz inhisarçısı "Qazprom" mərkəzi ofisdəki əməkdaşlarının sayını, demək olar, iki dəfə – 4100 nəfərdən 2500 nəfərədək azalda bilər.

Jan 13, 2025 - 18:09
“Qazprom” yüksək vəzifələrdə kütləvi ixtisarlara hazırlaşır – “Forbes”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Forbes”in Rusiya xidməti yazıb. 

“Qazprom”un idarə heyətinin sədr müavini və informasiya siyasəti departamentinin rəhbəri Sergey Kupriyanov nəşrə bildirib ki, “Qazprom”un İdarə Heyətinin sədr müavini Yelena İlyuxinanın şirkətin rəhbəri Aleksey Millerə şirkətin mərkəzi aparatının işçilərinin sayını azaltmaq təklifi ilə məktub həqiqidir. 

“Sənəd aktualdır. Şərh etməyi planlaşdırmırıq”, - deyə Kupriyanov vurğulayıb. 

Məktubda deyilir ki, 20 il ərzində “Qazprom” administrasiyasının sayı bir neçə dəfə artaraq 4,1 min nəfərdən çox olub, əmək haqqı fondu isə 50 milyard rubldan çoxdur.

Beləliklə, “Qazprom”un administrasiyasının sayının 2,5 min nəfərə qədər azaldılması təklif edilir. Buna nümunə olaraq, Rusiyanın “Rosatom” nüvə dövlət korporasiyası göstərilib. Orada işçilərin ümumi sayı 350 min nəfər, idarəetmə aparatının əməkdaşlarının sayı isə 1246 nəfər təşkil edir.

Xatirə SADİQ