“Yaratdığımız süni intellekt özümüzü məhv edə bilər” - Bill Qeyts qorxularından danışdı

“Microsoft”un qurucusu Bill Qeyts süni intellektin inkişafı ilə bağlı əsas qorxularını bölüşüb.

Oct 3, 2024 - 19:25
“Yaratdığımız süni intellekt özümüzü məhv edə bilər” - Bill Qeyts qorxularından danışdı

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Amerikalı milyarder bildirib ki, süni intellektin parlaq gələcəyinə inansa da, üç əsas məsələyə diqqət yetirməyin vacib olduğunu düşünür.

Birincisi, o, “bədniyyətli insanların süni intellektdən kibercinayətkarlıq, bioterrorizm və müharibə üçün istifadə edəcəyindən” narahatdır. Onun fikrincə, belə adamlara müqavimət göstərə biləcək və bir addım öndə ola biləcək süni intellekt yaratmaq lazımdır.

İkincisi,  Geyts süni intellektin əmək bazarına təsirindən narahatdır.

Üçüncüsü, sahibkar süni intellektə nəzarətin itirilməsi ilə bağlı digər ekspertlərin narahatlığını bölüşür. Bu, nə vaxtsa insan zəkasını üstələyəcək və insanları məhv edə biləcək ümumi süni intellektin inkişafı ideyasına aiddir.

Bununla belə, “Microsoft”un qurucusu bildirib ki, süni intellektlə bağlı enerji istehlakının artmasından narahat deyil. O, əmindir ki, gələcəkdə süni intellekt bu problemi həll etməyin yollarını tapacaq.

Geyts etiraf edib ki, süni intellekti gündəlik həyatına fəal şəkildə inteqrasiya edir.

Xatirə SADİQ