Rza Pəhləvinin 1975-ci ildəki ad günündən nadir VİDEO - Ququş oxuyur 

İran Şahı Məhəmməd Rza Pəhləvinin sarayındakı mərasimlərdən biri ilə bağlı görüntülər yayılıb.

Mar 10, 2026 - 20:51
Mar 10, 2026 - 21:08
Rza Pəhləvinin 1975-ci ildəki ad günündən nadir VİDEO - Ququş oxuyur 

SAVASHMEDİA.az xəbər verir ki, 31 oktyabr 1975-ci ilə aid olan görüntülər İran şahının oğlu, hazırda mühacir həyatı yaşayan Rza Pəhləvinin doğum günündə qeydə alınıb.

15 yaşının tamam olmasını qeyd edən şah oğlunun qonaqları arasında dövrün siyasi elitasına daxil olan şəxslər və onların ailə üzvləri də olub. 

Məclisi isə məşhur müğənni Ququş idarə edir.

Qonaqlar və Rza Pəhləvi cəmi 4 ildən sonra ölkədən qaçacaqlarını belə ağıllarına gətirmədən şənlənirlər.

Xatırladaq ki, Rza Pəhləvi İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvi ilə Fərəh Dibanın böyük oğludur.

Səlcuq

Həmin görüntüləri təqdim edirik: