Yusif Nurullayev rəqqasə ilə görüntüləndi – Pul verdiyi anların VİDEOsu

Məşhur fitnes məşqçisi Yusif Nurullayev paytaxt məkanlarından birində görüntülənib.

Apr 13, 2026 - 13:56
Yusif Nurullayev rəqqasə ilə görüntüləndi – Pul verdiyi anların VİDEOsu

Onun tanınmış oriental rəqqasə Aygün Babayeva ilə birlikdə olduğu video qısa zamanda sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Görüntülərdə Nurullayevin istirahət etdiyi məkanda Babayevanın onun üçün rəqs etdiyi, məşqçinin isə bu anları diqqətlə izlədiyi əks olunub. Videoda onun rəqqasəyə pul verdiyi məqamlar da yer alıb və məhz bu detal istifadəçilərin diqqətindən yayınmayıb.

Paylaşılan kadrlara münasibət isə birmənalı deyil. Bəzi istifadəçilər bunu adi əyləncə kimi qiymətləndirir, digərləri isə məşqçinin davranışını tənqid edərək fərqli fikirlər səsləndirirlər.

Qısa müddətdə geniş yayılan video çoxsaylı baxış və şərh toplayaraq sosial medianın ən çox müzakirə olunan mövzularından birinə çevrilib.

Aytən
SAVASHMEDİA.az