Sandunun partiyası liderdir - Moldova seçkiləri

Moldovada keçirilən parlament seçkilərində protokolların 30%-nin emalından sonra Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 40,19% səslə liderlik edir.

Sep 29, 2025 - 00:29
Sandunun partiyası liderdir - Moldova seçkiləri

SAVASHMEDİA.az-ın respublikanın mərkəzi seçki komissiyasına (MSK) istinadən verdiyi məlumata görə, Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" 31,29% səs toplayıb.

Parlamentə həmçinin Avropayönümlü "Demokratiya evdədir" Partiyası (7,31%) və Belsı şəhərinin keçmiş meri Renato Usatının rəhbərlik etdiyi "Bizim Partiya" (6,67%) daxil olur. Bundan əlavə, Avropayönümlü partiyalardan ibarət "Alternativ" bloku da seçki baryerini keçib (7,43%). Bu blokun tərkibinə Kişinyov meri İon Çebanın Milli Alternativ Hərəkatı, keçmiş baş nazir İon Kikunun rəhbərlik etdiyi Moldova İnkişaf və Birləşmə Partiyası, eləcə də Mark Tkaçukun "Vətəndaş Konqresi" Partiyası daxildir.

"Vətənpərvər blok"a Moldova Respublikasının keçmiş prezidenti İqor Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyası, ölkənin sabiq lideri Vladimir Voroninin rəhbərlik etdiyi Moldova Kommunistlər Partiyası və keçmiş baş nazir Vasili Tarlevin "Moldovanın Gələcəyi" Partiyası daxildir.