"Niyə ingilis dilində danışmalıyam?" - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-də ondan ingiliscə danışmasını xahiş edən jurnalistin sözünü yerə salıb.

Sep 29, 2025 - 00:20
"Niyə ingilis dilində danışmalıyam?" - Lavrov

SAVASHMEDİA.az xəbər verir ki, o, BMT Baş Assambleyasının 80-ci sessiyasında "Skay News" əməkdaşının ingilis dilində sualını cavablandırmaqdan imtina edib.

Lavrov ruscanın da ingilis dili kimi BMT-nin rəsmi dili olduğunu xatırladıb.

"Niyə ingilis dilində danışmalıyam? Biz BMT-nin binasındayıq, burada rus dili ingilis dili qədər rəsmi dildir. Ona görə də mən rus dilində danışmağa davam edəcəyəm".

Oğuz