ABŞ İrandakı vətəndaşlarına ÇAĞIRIŞ etdi - "Ya Türkiyəyə, ya da Ermənistana qaçın. TƏCİLİ"
ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu haqda yanvarın 13-də ABŞ-nin Tehrandakı virtual səfirliyinin saytında məlumat dərc olunub.
"Dərhal İranı tərk edin. ABŞ hökumətinin köməyinə arxalanmadan İrandan çıxış planı hazırlayın. Ölkədən çıxa bilmirsinizsə, evinizdə və ya başqa bir binada təhlükəsiz yer tapın. Ərzaq, su, dərman və digər zəruri ehtiyatlar yığın", - məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, ABŞ vətəndaşları internetdə kəsintiləri gözə alsınlar, alternativ əlaqə vasitələri planlaşdırsınlar, təhlükəsizdirsə, İrandan Ermənistan və ya Türkiyəyə getməyi nəzərdən keçirsinlər.
Xatırladaq ki, ABŞ hökumətinin İranla diplomatik və ya konsulluq münasibətləri yoxdur. Vaşinqtonun İrandakı maraqlarını İsveçrə hökuməti Tehrandakı səfirliyi vasitəsilə təmsil edir.
Oğuz