Pəhləvi arvadının gəzdiyi kişilərlə niyə şəkil çəkdirirdi? - XƏYANƏT DOSYESİ + VİDEOLAR
Uzun illərdir, ABŞ-də əyləncəli həyatına başı qarışan Rza Pəhləvi ötən ilin 28 dekabrında İranda başlayan etirazlar fonunda “mən də varam” deyərək okeanın o tayından etirazçılara direktivlər verməyə başlayıb.
Elə bundan sonra da İranın tozlu səhifəsinə çevrilmiş Pəhləvi sülaləsi yenidən ortaya çıxdı.
İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvi, xanımları və xüsusilə də, təbrizli həyat yoldaşı Fərəh (Diba) Pəhləvi haqqında çox yazılıb və demək olar ki, hamı məlumatlıdır. Lakin vəliəhd şahzadə və ailəsi barədə məlumatlar azdır.
Fotoda: Məhəmməd Rza Pəhləvi, Rza Pəhləvi və Fərəh Pəhləvi
SAVASHMEDİA.az Rza Pəhləvi və onun həyat yoldaşının əxlaq çərçivələrinə sığmayan şəxsi həyatları ilə bağlı maraqlı faktları təqdim edir. Beləliklə...
Rza Pəhləvini ABŞ-yə aparan yol
Rza Kir Pəhləvi 31 oktyabr 1960-cı ildə Tehranda anadan olub . O, İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ilk oğludur. Anası Şahbanu Fərəh Pəhləvidir.Rza Pəhləvi məktəbi bitirdikdən sonra İran İmperiya Hərbi Hava Qüvvələrinə kiçik zabit kimi qəbul edilib.
Fotoda: Rza Pəhləvi
1977-ci ildə, 17 yaşında, uçuş təlimi üçün ABŞ-yə göndərilib. Vilyams Kollecində təhsil alıb, lakin qısa müddət sonra qarışan siyasi vəziyyətlə bağlı təhsilin yarımçıq qoyaraq İrana dönüb. 1979-cu ildə İranda İslam İnqilabı başladığı zaman şah ailəsi İrandan qaçmağa məcbur olub. Rza Pəhləvi Cənubi Kaliforniya Universitetində (ABŞ) siyasi elmlər üzrə bakalavr təhsili alıb.
1980-ci ilin 27 iyulunda İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvi ağır xəstəlikdən vəfat edib. 1980-ci ilin oktyabrın 31-də Rza Pəhləvi özünü İranın yeni şahı və Pəhləvi sülaləsinin, taxtının qanuni varisi elan edib. Rza Pəhləvi xanımı Yasmin Pəhləvi ilə ABŞ-də tanış olub.
Yasmin Pəhləvi kimdir?
Yasmin Etemad-Amini 26 iyul 1968-ci ildə Tehranın Pars Xəstəxanasında doğulub. Atası Abdullah Etemad-Amini iş adamı olub. O, özəl Tehran İcma Məktəbində təhsil almağa başlayıb.
Fotoda: Yasmin Pəhləvi
Lakin 1970-ci illərin sonlarında İranda artan siyasi və sosial gərginlik səbəbindən Abdullah Etimad-Amini ailəsi ilə birgə ölkəni tərk edib. Etemad-Amini ailəsi ABŞ-yə köçərək San-Fransisko bölgəsində (Kaliforniya ştatı) yaşamağa başlayıb. Yasmin təhsilini Belmontdakı “Notre Dame Liseyi”ndə davam etdirib.
Corc Vaşinqton Universitetində siyasi elmlər üzrə ali təhsil alıb. Corc Vaşinqton Hüquq Məktəbində hüquq doktoru dərəcəsinə yiyələnib. Yasmin Pəhləvi Merilend Vəkillər Kollegiyasının üzvüdür.
Uşaq Hüquq Mərkəzində vəkil kimi çalışaraq 10 il təhlükədə və ya çətin vəziyyətdə olan uşaqları təmsil edib. Yasmin həmçinin İran Uşaqları Fondunun həmtəsisçisi və direktoru olub. 1991-ci ildə təsis edilmiş və hələ də fəaliyyət göstərən fondun missiyası İran əsilli uşaqlara tibbi yardım göstərməkdir. Şahzadə Yasmin 11 fevral 2014-cü ildə fonddakı rəhbərlik vəzifəsindən istefa verib.
İki iranlının ABŞ-də birləşən həyatı
Yasmin Etemad-Amini ilə Rza Kir Pəhləvi 12 iyun 1986-cı ildə ABŞ-də ailə qurublar. Cütlüyün ilk qızı Nur Pəhləvi 3 aprel 1992-ci ildə, ikinci övladı İman Pəhləvi 12 sentyabr 1993-cü il ildə, şahın xanımı Fərəh Pəhləvinin adını daşıyan üçüncü qızları Fərəh isə 17 yanvar 2004-cü ildə doğulub. Şahzadənin ikinci qızı İman Pəhləvi yəhudi əsilli Bredli Şermanla 2025-ci ildə Nyu-Yorkda ailə qurub.
Rza Kir Pəhləvi və Yasmin Etemad-Amininin toyundan FOTO
Fotoda: Rza Pəhləvi və ailəsi
Xəyanət dosyesi...
Yuxarıda sadaladığımız faktlar şah ailəsi ilə bağlı üzdə olan məlumatlardır. Sosial şəbəkələrdə yayılan bəzi məlumatlar (və ya iddialar) isə Rza Pəhləvinin daxili - ailə həyatını gözlər önünə sərib. Həmin məlumatlar Rza Pəhləvinin meşşan həyat tərzi sürdüyünü ortaya çıxarıb…
Ötən ilin sonundan “Teleqram” kanalları şahzadənin gecə həyatından videolar yaymağa başlayıb. İddialara görə, bu bir dəfəyə məxsus hal deyil, Rza Pəhləvi içki və gecə həyatı aludəsidir. Xanımı Yasmin Pəhləvi isə yaraşıqlı və idmançı kişilərin həvəskarıdır, dəfələrlə həyat yoldaşına xəyanət edib. Xəyanətə uğramış ər (Rza Pəhləvi-red) isə hər dəfə xanımının xəyanətini ört-basdır etməyə çalışıb…
İddialara görə, Şahzadə Yasminin yoqa müəllimi Tom Morli ilə eşq yaşadığını 2023-cü ildə xakerlər ortaya çıxarıb. Onlar Yasmin Pəhləvinin şəxsi telefonuna daxil olaraq Tom Morli ilə müxtəlif ölkələrə səyahətləri zamanı çəkilmiş şəkillərini götürüblər.
Fotolarda: Yasmin Pəhləvi və yoqa müəllimi Tom Marli
Bu barədə bir çox ölkələrin mətbuatlarında (xüsusilə, Qərb) yazılar dərc olunsa da, bir çoxu sildirilib. Rza Pəhləvi bu iddiaları yalan çıxarmaq üçün özü də Yasmin Pəhləvinin yoqa məşqlərinə qatılıb. Xanımı və Tom Morli ilə yoqa edərək şəkillər çəkdirib və onları paylaşıb.
Şahzadə Yasminin ameriaklı futbolçu Maykl İrvinlə də Rza Pəhləviyə xəyanət etdiyi iddia olunur. Lakin onların eşq yaşadığı ilə bağlı məlumatlar da sonradan sildirilib. Bundan sonra Rza Pəhləvi özü həyat yoldaşı və futbolçu ilə çəkdirdiyi şəklini paylaşıb və Maykl İrvini ən sevdiyi oyunçu adlandırıb.
Fotoda: Maykl İrvin, Yasmin Pəhləvi və Rza Pəhləvi
Yasmin Pəhləvinin daha bir kişi ilə səmimi fotosu yayılsa da, həmin şəxsin kim olduğu ilə bağlı məlumat tapa bilmədiyimiz üçün sadəcə şəkli təqdim etməklə kifayətlənəcəyik.
Sözügedən teleqram kanalları Rza Pəhləvinin yataqda çəkilmiş videolarını da yayıb. Bu videoların kim tərəfindən çəkildiyi və kimin telefonundan götürüldüyü qeyd edilməyib.
Ancaq güman ki, görüntülər ya Rza Pəhləvinin, ya da xanımı Yasmin Pəhləvinin telefonundan götürülüb…
Banu