“Avropa Rusiya ilə təkbətək qalıb" - Hakan Fidan
“Avropalılar böyük təhlükəsizlik böhranı ilə üzləşiblər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. “CNN Türk” bu müsahibədən sitat gətirib.
Türkiyənin xarisi siyasət idarəsi rəhbərinin sözlərinə görə, Avropa Ukraynada, əsasən ABŞ ilə əməkdaşlıq edərək hərbi plan hazırladı. “İndi ABŞ-nin yoxluğunda Avropanın həm siyasi, həm də hərbi səfərbər etdiyi bütün üsullar və imkanlar birdən-birə faydasız oldu. Nəticədə ABŞ-nin özünü kənarlaşdırması ilə Avropanın Rusiya ilə təkbətək qaldığını görürük. Bu, təbii ki, Avropa təhlükəsizliyinin əsaslarının sarsıdılması deməkdir”, - deyə Fidan qeyd edib.
Türk naziri vurğulayıb ki, ABŞ-nin Ukrayna məsələsində mövqeyi, yəni müharibənin başa çatması və Rusiya Federasiyası ilə münasibətlərin normallaşmasın avropalılar üçün siqnaldır.
“İndiki andan yaya qədər Avropa İttifaqı və ya Avropa ölkələri mümkündür ki, özlərini NATO xaricində, fərqli bir təhlükəsizlik strukturunda tapmaq istəyə bilər”, - deyə Fidan əlavə edib.
Xatirə SADİQ