Tramp azad edilmiş vətəndaşını Ağ Evdə qarşıladı
ABŞ Prezidenti Donald Tramp fevralın 11-də axşam saatlarında Ağ Evdə Rusiya həbsxanasından azad edilmiş amerikalı müəllimi Mark Fogeli qəbul edib.
SAVASHMEDİA.az bu barədə “CNN”ə istinadən xəbər verir.
Məlumata görə, Fogel Amerika bayrağına bürünərək Ağ Evə daxil olub. Onu Tramp qarşılayıb. Amerikalı prezident vətəndaşına onun azadlığa çıxmasında “kiçik rol oynamaq şərəfdir” deyib.
“Hamınıza təşəkkür edirəm! Ölkəmizi sevirəm və buraya qayıtdığım üçün çox şadam. Kaş ki, bunu daha yaxşı ifadə edə biləydim”, - deyə Fogel vurğulayıb.
Qeyd edək ki, dünən ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff narkotik ittihamı ilə 2021-ci ildən bəri həbsdə qalan Fogeli vətənə qaytarmaq Moskvaya səfər edib.
ABŞ vətəndaşının azadlığa buraxılmasını alqışlayan Tramp bildirib ki, bu addımın iki ölkəyə Ukraynadakı müharibəni sona çatdırmaq üçün işləməyə imkan verəcəyinə ümid edir.
Xatirə SADİQ