İran televiziyasının Müctəba ilə bağlı dediyi söz aranı qatdı - Ona nə olub?

İki gün öncə İranın Ali Rəhbəri seçilən Müctəba Xameneinin sui-qəsdə uğradığına dair xəbərlər yayılıb.

Mar 10, 2026 - 13:46
İran televiziyasının Müctəba ilə bağlı dediyi söz aranı qatdı - Ona nə olub?

SAVASHMEDİA.az xəbər verir ki, bəzi mənbələr onun həlak olduğunu bildirib.

Lakin “The Mirror” nəşri Müctəba Xameneinin hücumlar nəticəsində ağır yaralandığını yazıb. İsrail mediasının xəbərinə görə, Müctəba Xameneinin ayağı amputasiya olunub. 

İranın "Jamaran" xəbər agentliyi  isə bildirib ki, İran dövlət televiziyası onu "canbaz" ("Ramazan müharibəsinin" yaralı veteranı) adlandırıb. Bu termin İran İslam Respublikasında tez-tez ağır xəsarət alan və ya həyati təhlükə yaradan vəziyyətlərdən sağ çıxan müharibə veteranlarını təsvir etmək üçün istifadə olunur.

Xatırladaq ki, ötən gün İsrailin yüksək vəzifəli rəsmiləri Müctəba Xameneini sui-qəsdlə hədələyiblər.

Onlardan biri, İsrail Parlamentinin sədri Əmir Ohana öz sosial media hesabında İsrail tərəfindən həyata keçirilən hərbi əməliyyatlarla öldürülən İran və HƏMAS rəsmilərinin fotolarını paylaşıb.

Ohana siyahıya Müctəba Xameneinin də şəkilini əlavə edərək “onların yolunu davam etdirənlər də onların sonu ilə üzləşəcəklər” yazıb. İsrailin energetika naziri Eli Kohen Müctəba Xameneini “yeriyən ölü” adlandırıb. İsrail Ordusunun sözçüsü Avixay Adrae isə Əli Xameneinin yerinə gələnin də izinə düşdüklərini bildirib.

Banu