Satqın təklif verən Arestoviç beynəlxalq axtarışa verildi - Rusiyada
Ukrayna president administrasiyasının keçmiş müşaviri Aleksey Arestovic terrorizmə çağırış və Rusiya ordusu haqqında saxtakarlıqlar ittihamları üzrə beynəlxalq axtarışa verilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mediazona” xatırladıb ki, keçən ilin fevralında Rusiya Daxili İşlər Nazirliyi onu artıq eyni maddələr üzrə axtarışa verib. Moskvanın Basmannı rayon məhkəməsi isə Aleksey Aretoviçi qiyabi həbs edib.
Ukrayna KİV-i diqqətə çatdırıb ki, dünən Arestoviçin rusiyalı jurnalist Kseniya Sobçakla müsahibəsi Youtube-da yerləşdirilib. Arestoviç həmin müsahibədə bildirib ki, Ukraynanın prezidenti olacağı təqdirdə Rusiyaya Ukraynanın dörd vilayətini və Krımı verəcək, üstəlik Putinlə birlikdə həlak olmuş rusiyalı hərbçilər üçün dua edəcək.
Ukrayna mediası istehza ilə qeyd edib ki, Arestovimin təklifi Rusiyada “qiymətləndirilmədi”.
Xatirə SADİQ