"Arvadı göz yaşları içində Putinə yalvarıb ki..." - Lyudmila nəyə razı deyildi?
Rusiya prezidentinin birinci arvadı Lyudmila Putina göz yaşları içində ərini ikinci müddətə prezidentliyə getməyinin səhv olduğuna inandırmaq istəyib.
SAVASHMEDİA.az “Agentstvo” nəşrinə istinadən xəbər verir ki, bu barədə Roman Badanin və Mixail Rubinin “Çar şəxsən özü” kitabında deyilir.
Kitabda rejissor İqor Şadxanın 2004-cü ilin yayında Meksikadakı otel otağında Putin və onun birinci arvadı Lyudmila ilə görüşündən bəhs olunur.
Rejissor 1990-cı illərin əvvəllərindən Putinlə tanış olub. Bu, Şadxanın sənədli kinorejissor kimi Sankt-Peterburq meriyası haqqında televiziya verilişi çəkdiyi zaman baş verib. Həmin şounun qəhrəmanlarından biri gənc Putin olub. Putin ekrana ilk dəfə həmin veriliş vasitəsilə çıxıb.
Putinlə dostlaşan Şadxan onun haqqında bir neçə sənədli film çəkib, lakin zaman keçdikcə onların münasibətləri pisləşib. İş o yerə çatıb ki, rejissorun Putin barədə çəkdiyi iki filmin geniş yayımı qadağan olunub. Bu məqamda rejissor Putinlə görüşmək istəyib. Bu görüş 2004-cü ilin iyununda, Rusiya nümayəndə heyətinin Meksikaya səfəri zamanı mümkün olub. Lyudmila Putin göz yaşları içində Putini ikinci prezidentlik müddətinin səhv olduğuna inandırmağa çalışıb.
2014-cü ildə vəfat etmiş Şadxanın dul arvadının xatirələrinə və rejissorun tanışının sözlərinə görə, Meksika otelindəki görüşdə üç nəfər iştirak edib: Putin cütlüyü və rejissor. Şadxan guya köhnə tanışını ölkənin yanlış istiqamətdə getdiyinə inandırmağa çalışıb, Putin isə avtokrat xüsusiyyətlərini nümayiş etdirib.
Və burada qonağın gözləmədiyi hadisə baş verib. Lyudmila Putina təbdən çıxaraq Şadxanla birlikdə həyat yoldaşına nahaq yeni prezidentlik müddətinə getdiyini sübut etməyə başlayıb. O, demək olar ki, hönkürüb, Putin isə Şadxan kimi karıxıb.
Rejissor anlayıb ki, bu mənzərənin şahidi olmamalıydı, odur ki, oteli tərk edib. Lyudmilanın taleyi də aydınlaşıb, çünki o, Putin üçün prinsipial məsələ olan ailə ziddiyyətlərini ortaya çıxarıb. Kitabın müəllifləri yazır ki, bu, həmin ailənin əsl sonu idi. Rəsmi ayrılıq isə bir qədər sonra – 2013-cü ildə baş verib.
Xatirə SADİQ