Türk kriminal avtoritet hava limanında saxlanıldı - FOTOLAR 

Məşhur türk kriminal avtoritet “Cəhənnəm Necati” tutulub.

Oct 7, 2025 - 13:58
Türk kriminal avtoritet hava limanında saxlanıldı - FOTOLAR 

SAVASHMEDİA.az xəbər verir ki, “Kölnün atası” olaraq da tanınan Necati Coşqun Arabaçı bu səhər İzmirin Adnan Menderes Hava Limanında keçirilən xüsusi əməliyyatla saxlanılıb. 

Onun “Cəhənnəm mələkləri” adlı kriminal qruplaşmanın rəhbəri olduğu iddia edilir. 

“İnterpol”un da cinayət təşkilatı olaraq qəbul etdiyi “Cəhənnəm mələkləri” üzvlərinin çirkli pulların yuyulması, qəsb, narkotik və silah qaçaqmalçılığı kimi bir çox qeyri-qanuni fəaliyyətlə məşğul olduqları müəyyən edilib.

Məlumata görə, Arabacı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə aparılıb. Barəsində cinayət işi açıldıqdan sonra məhkəməyə göndəriləcək.

Qeyd edək ki, 53 yaşlı Necati Coşkun Arabaçı sentyabrın 10-da Slovakiyanın Nitra şəhərində ailəsi ilə birlikdə yemək yediyi restoranda polis tərəfindən saxlanılmışdı. 10 saat Nitra İmmiqrasiya Polisinə ifadə verdikdən sonra bir ay müddətinə ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılmışdı. 

Banu

Fotolarda Necati Coşqun Arabaçı