Putinlə danışmaq mənasızdır - Almaniya kansleri

Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putinə niyə zəng etmədiyinə aydınlıq gətirib. 

Oct 7, 2025 - 13:37
Putinlə danışmaq mənasızdır - Almaniya kansleri

SAVASHMEDİA.az DW nəşrinə istinadən xəbər verir ki, kansler bu barədə Pinar Atalayın tok-şousunda danışıb. 

“Putinə zəng etmək barədə düşünməyibmi?” sualına Merts belə cavab verib: “Mən, əlbəttə, bu barədə düşünürəm. Sadəcə görürəm ki, indi onunla istənilən danışmaq cəhdi Ukraynaya qarşı daha sərt hücumlarla başa çatır”.

Bu məqamda kansler keçən həftə Kopenhagendə macar həmkarı Viktor Orbanla olduqca qızğın mübahisə etdiyini vurğulayıb. 

“O, bizi danışıqlar aparmaq istəməməkdə günahlandırdı”, - deyə Merts izah edib. 

Kansler xatırladıb ki, bu qınağa cavab olaraq bildirib ki, Macarıstan Avropa İttifaqı (Aİ) Şurasına iyul ayında sədrlik edərkən Orban Kiyevdə, sonra Moskvada səfərdə olub. “Putinin buna cavabı isə Kiyevdəki uşaq xəstəxanasının bombalanması oldu. Və bu, mənim getmək istədiyim yol deyil”, - deyə Almaniya kansleri əlavə edib. 

Xatirə SADİQ