Zelenski Trampla görüşə yollandı

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Ev rəhbəri Donald Trampla görüşmək üçün ABŞ-yə uçub.

Aug 17, 2025 - 23:47
Zelenski Trampla görüşə yollandı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak öz “Telegram” kanalında yazıb.

O qeyd edib ki, Ukrayna lideri təyinat yerinə təxminən 6,5 saata çatacaq.

Xatırladaq ki, avqustun 18-də Zelenski Trampla hərbi münaqişənin həllininin mümkün variantlarını müzakirə etmək üçün Avropa liderləri ilə birlikdə Vaşinqtona gələcək.

Trampın öncə Ukrayna lideri Zelenski ilə təkbətək danışıqlar aparacağı gözlənilir.