"Putin yalançıdır, onunla görüşəndə..." - Zelenski
"Biz Putinlə tam atəşkəs və əsir mübadiləsi barədə razılaşmışdıq. Amma o, məhbus mübadiləsi etməyib. O, yalançıdır"
SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Ukrayna prezidentinin Putinlə hansı şərtlər daxilində görüşə biləcəyini də açıqlayıb:
"Mən Rusiya tərəfindən bircə nəfərlə, Putinlə görüşəcəm. Bunu Tramp, Avropa və mənim ortaq planımız olanda edəcəm. Mən yalnız o zaman Putinlə eyni masaya oturacağam və biz müharibəni dayandıracağıq. Mən yalnız bu şərtlə görüşməyə hazıram", - Ukrayna prezidenti bildirib.
Zelenski həmçinin bildirib ki, o, Donald Trampın komandası ilə birgə plan hazırlamaq, o cümlədən Vladimir Putinə təzyiqi davam etdirmək üçün “istənilən gün” Vaşinqtona gəlməyə hazırdır.
Oğuz