Qardaşının polisə verdiyi sənəd ŞOKA SALDI - Trampa nifrət edirmiş və...

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə akkreditasiya olunan media nümayəndələri üçün təşkil etdiyi ziyafətdə baş verən atışma ilə bağlı yeni detallar üzə çıxıb. 

Apr 26, 2026 - 23:32
Qardaşının polisə verdiyi sənəd ŞOKA SALDI - Trampa nifrət edirmiş və...

SAVASHMEDİA.az xəbər verir ki, hadisəni törədən Koul Tomas Allen hücumdan əvvəl bir neçə ABŞ rəsmisinin hədəf  göstərildiyi “manifest” hazırlayıb.

Bu barədə X platformasında paylaşım edən "Fox News"un müxbiri Jaqui Henrixin sözlərinə görə, şübhəlinin yazılı manifestində administrasiya rəsmilərinin hədəf alındığı açıq şəkildə qeyd olunur: "Onun sosial media hesablarında isə Donald Tramp və xristianlığa qarşı çoxsaylı aqressiv paylaşımlar var".

Məlumata görə, hücumçu “manifest”ini ailə üzvlərinə də göndərib. Onun qardaşı bu sənədi polisə təqdim edib. Bundan başqa, şübhəlinin mart ayının sonlarında Tramp administrasiyasına qarşı keçirilmiş “Kral yoxdur” adlı etiraz aksiyalarında iştirak etdiyi də məlum olub.

Donald Trump isə hücumçunun “manifest”inə işarə edərək onu “xristianlara nifrət edən xəstə” kimi xarakterizə edib. ABŞ prezidenti bildirib ki, yaxınları da onun davranışlarından narazı olub və hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Xatırladaq ki, atışma zamanı Ağ Evin mühafizə xidmətinin əməkdaşı yaralanıb. Hücumu törədən 31 yaşlı Koul Tomas Allen hadisə yerində saxlanılıb. ABŞ mediasının məlumatına görə, Allen təhsil sahəsində çalışıb və  Kaliforniyada “Ayın müəllimi” seçilib.

Oğuz