Rusiya vətəndaşlığı alan miqrantlara YENİ QADAĞA - Uşaq pulu verilməyəcək
Rusiyada miqrantların sosial təminatına dair qaydalar sərtləşdirilir.
SAVASHMEDİA.az xəbər verir ki, yeni qərara əsasən, uşaq müavinətlərindən yararlanmaq üçün tələblər daha da ağırlaşdırılır.
Belə ki, bu ödənişlər yalnız Rusiya vətəndaşlığına malik olan və ən azı 5 il bu statusla ölkədə yaşayan şəxslərə veriləcək.
Yeni mexanizmin 2027-ci il aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Bununla yanaşı, bəzi kateqoriyalar üçün istisnalar tətbiq ediləcək. Doğulduğu andan Rusiya vətəndaşlığı alanlar, dövlətin köçürülmə proqramı çərçivəsində ölkəyə gələnlər, həmçinin “xüsusi hərbi əməliyyat” iştirakçıları və onların ailə üzvləri bu məhdudiyyətlərdən kənarda qalacaqlar.
Oğuz