Almaniya hərəkətə keçdi: 13 min türkü ölkədən çıxarır - SƏBƏB
Alman hökuməti 13 min türkü ölkədən çıxarır.
SAVASHMEDİA.az xəbər verir ki, Almaniya 200 min mühaciri deportasiya edəcək. Buna səbəb əcnəbi vətəndaşların ölkəyə qeyri-qanuni yollarla daxil olmasıdır.
Ölkədə yaşamaq hüququ ala bilməyən əcnəbilər içində çoxluğu türklər təşkil edir. Ölkədən ilk deportasiya olunanlar Türkiyə, sonra isə Əfqanıstan vətəndaşları olacaqlar.
Yeni hökumətin daxili işlər naziri Aleksandr Dobrindt vəzifəyə başlayan kimi müvafiq fərmanı imzalayacağını açıqlayıb.
Qeyd edək ki, təkcə bu ilin ilk üç ayında 5 minə yaxın türk mühacir Almaniyaya qeyri-qanuni yollarla daxil olub.
Banu