Məşhur aktyor 54 yaşında vəfat etdi - FOTO

Məşhur amerikalı aktyor Nicky Katt vəfat edib. 

Apr 13, 2025 - 13:33
Məşhur aktyor 54 yaşında vəfat etdi - FOTO

SAVASHMEDİA.az bildirir ki,  54 yaşlı aktyorun ölüm xəbərini onun hüquq işlərini aparan şirkət yayıb, lakin ölüm səbəbini açıqlamayıb.

Nicky Katt həmişə mənfi obrazları canlandırıb. "Dazed and Confused", "Boston Public" filmləri ilə tanınıb.

Aktyor 2002-ci ildə “Full Frontal” filminde Culya Roberts və Bred Pittlə tərəf müqabili olub. Sözügedən filmlə bağlı açıqlamasında Katt “bu film rol arxasınca qaçan bir aktyor olaraq mənə yaşadığım bütün məyusluqları bir obrazla ifadə etmək şansı qazandırdı” demişdi. 

Xatırladaq ki, bir müddətdir sənətdən uzaqlaşan aktyor sonuncu dəfə 2018-ci ildə “Casual” adlı komediya filmində rol alıb.

Banu

aktyor Nicky Katt