Elza Seyidcahanın şeirini dərsliyə saldılar - AÇIQLAMA
Əməkdar artist Elza Seyidcahan açıqlama verib.
SAVASHMEDİA.az milli.az-a istinadən xəbər verir ki, müğənni qonaq olduğu "Həmin Zaur" verilişində yazdığı şeirlərin dərsliklərə düşdüyünü dilə gətirib:
"Yazdığım şeirlərdən biri artıq dərsliyə düşüb. Bu yaxınlarda mənə zəng vurub dedilər ki, imtahana getmişdik. Orada bilet çəkəndə sizin haqqınızda yazılmışdı. Amma nə yazıldığı tam yadımda qalmayıb. İmtahanda sual olaraq qoyulub. Yəni artıq dərsliyə düşüb. Şeir haqqında sual olub. Həmin tələbə imtahandan kəsilməyib çünki düzgün cavabı tapıb. İstərdim ki, "Əşyalar" adlı şeirim dərsliyə düşsün".