"Sabah" və "Qarabağ"ın rəqibləri BİLİNDİ - ADLAR

Bu gün Azərbaycan klublarının UEFA turnirlərindəki rəqibləri müəyyənləşib.

Jun 16, 2026 - 19:29
"Sabah" və "Qarabağ"ın rəqibləri BİLİNDİ - ADLAR

SAVASHMEDİA.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimləri Bakı vaxtı ilə saat 18:00-da keçirilib.

"Sabah" klubunun UEFA Çempionlar Liqası I təsnifat mərhələsindəki rəqibi TNS (Uels) olub. Azərbaycan çempionu ilk oyunu evdə keçirəcək. Mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də baş tutacaq.

Digər püşkün nəticəsinə əsasən, "Qarabağ" klubunun UEFA Avropa Liqası I təsnifat mərhələsindəki rəqibi İslandiyanın "Vestri" komandası olub. Ağdam təmsilçisi ilk görüşünü evdə keçirəcək. 

Bu mərhələnin oyunları isə iyulun 9-u və 16-da keçiriləcək.

Səlcuq