UEFA İsveç-Azərbaycan oyununda səhv tapdı - "Əslində hesab..."
UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupunda İsveç və Azərbaycan arasında keçirilmiş VI tur oyununda (6:0) VAR hakimlərinin nəticəyə təsir edən səhvə yol verdiklərini etiraf edib.
Sportinfo.az xəbər verir ki, ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə ev sahibi komandanın hücumçusu Aleksander İsakın vurduğu qolun ofsayd səbəbindən qeydə alınmamasının yanlış qərar olduğu təsdiqlənib.
UEFA-nın həmin epizodla bağlı açıqlamasında ofsayd xəttinin düzgün çəkilmədiyi və bunun videoköməkçi hakimin səhvi olduğu bildirilib.
Oyundan sonra Aleksandr İsak da qərarın doğru olmadığını vurğulamışdı.