Ağsaqqallar Şurasının yeni sədri də həmin tədbirdə imiş - Döşündə də "Georgi lenti" + FOTO
Məlum olduğu kimi, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad edilib.
Buna səbəb faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsi olub.
SAVASHMEDİA.az-ın xəbərinə görə, hazırda İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsini icra edən Vahid Tağıyev də sözügedən tədbirdə sinəsinə "Georhi lenti" taxıbmış.
Bu baxımdan yazıçı Kəramət Böyükçölün paylaşımı diqqət çəkir.
Onun fikirlərini təqdim edirik:
"9 may Qələbə günü ilə bağlı İmişlidə tədbir keçirilib. Tədbiri də İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov keçirib. Sinəsinə də Rusiya işğalının rəmzi sayılan "Georgi lenti" bağlayıb. Özü də tədbir SSRİ bayrağının altında keçirilib. İctimaiyyətin etirazından sonra Saleh müəllim İmişli rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Yerinə onun sağ tərəfində dayanan və sinəsində "Georgi lenti" olan Vahid Tağıyev sədr seçilib. Yəni problemi bığdan götürüb saqqala qoyublar. İdarə heyətinin isə 26 nəfər üzvü olmasına baxmayaraq, sədr seçkisi tələm-tələsik olduğuna görə "26-lar"ın cəmi 7 nəfəri seçkidə iştirak edib.
İctmaiyyətin etirazını nəzərə alanlara bir Azərbaycan vətəndaşı olaraq səmimi qəlbdən təşəkkürümü bildirirəm".
Oğuz