25 siyasi məhbus azadlığa buraxıldı - Lukaşenko ABŞ ilə razılaşdı

Belarusda 25 məhbus azadlığa buraxılıb.

Sep 16, 2026 - 19:06
25 siyasi məhbus azadlığa buraxıldı - Lukaşenko ABŞ ilə razılaşdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Belarus üzrə xüsusi nümayəndəsi Con Koul məlumat verib.

Azadlığa buraxılan şəxslər arasında siyasi fəallar, hüquq müdafiəçiləri, jurnalistlər və musiqiçilər də var.

Bu addım ABŞ və Belarus arasında əldə olunan razılaşma çərçivəsində atılıb. ABŞ bunun qarşılığında iki Belarus şirkətinə qarşı sanksiyaları yumşaldıb. Söhbət “Lakokraska” və “Bellesbumprom” şirkətlərindən gedir.

Con Koul bildirib ki, bu, tərəflər arasında əldə olunan “aralıq razılaşmadır”. ABŞ rəsmisi növbəti ay Belarusda daha yüzlərlə məhbusun azad edilə biləcəyinə ümid etdiyini açıqlayıb.

Belarusda siyasi məhbusların azad edilməsi məsələsi Vaşinqton və Minsk arasında son aylarda aparılan danışıqların əsas mövzularından biridir. Məlumatına görə, Belarusda hələ də yüzlərlə siyasi məhbus qalır.

Oğuz