Birinci kurs tələbələrini hədələyənlər BACI-QARDAŞ İMİŞ - Universitetdən şok qərar 

Bu gün sosial şəbəkələrdə, xüsusilə, TikTok platformasında yayılan video Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi tərəfindən araşdırılıb.

Sep 16, 2026 - 19:55
Birinci kurs tələbələrini hədələyənlər BACI-QARDAŞ İMİŞ - Universitetdən şok qərar 

SAVASHMEDİA.az-ın xəbərinə görə, universitetdən sözügedən videodakı qızla oğlanın bacı-qardaş olduğu bildirilib.

Videodakı qız Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almır və işləmir. Onun qardaşı Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru ixtisası üzrə II tədris ilinin tələbəsidir.  

Yaranmış problemin həlli ilə əlaqədar təcili olaraq ADMİU-nun İntizam komissiyasının iclası keçirilib.

Ali təhsil müəssisəsi ilə təhsil alacaq təhsilalanarasında bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini,"Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxilinizam-intizam Qaydaları”nın 5.4. bəndini (a)Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə), əsas götürərərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir daha bildirir ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır, onların özlərini rahat və təhlükəsiz hiss etdikləri təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir.