"Moskva və Minskdən başqa istədikləri yerdə..." - Ukraynadan Putinə təklif
Ukrayna Prezidenti Volodymyr Zelenski rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazır olduğunu bildirib, lakin bu görüşün Moskva və ya Minskdə keçirilməsini istisna edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə açıqlama verən Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib ki, rəsmi Kiyev liderlər arasında birbaşa dialoqun başlanmasını vacib hesab edir.
Nazirin sözlərinə görə, görüşün təşkili üçün bir sıra ölkələrlə, xüsusilə də Turkiyə ilə məsləhətləşmələr aparılıb. O vurğulayıb ki, Moskva və Minsk istisna olmaqla, istənilən paytaxt belə bir görüşə ev sahibliyi edərsə, Ukrayna tərəfi buna razıdır.
Sibiqa əlavə edib ki, bu görüş diplomatik münasibətlərdə yeni dinamikanın yaranması baxımından mühüm əhəmiyyət daşıyır.
Oğuz