Vəzifəli şəxs faciəli şəkildə öldü - Foto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çongar yol qəzasında ölüb.

Mar 25, 2025 - 18:35
Mar 25, 2025 - 18:36
Vəzifəli şəxs faciəli şəkildə öldü - Foto

SAVASHMEDİA.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, AK Parti rayon təşkilatının sədrinin idarə etdiyi avtomobil TIR-a arxadan çırpılıb.

Mehmet Çongar üçün Gerede Yeni Cameədə dəfn mərasimi təşkil edilib. Mərasimə əyalət valisi, Boludan olan millət vəkili, rəsmilər qatılıb.

Fotoda: Mehmet Çongar