Bakı rusiyalı məhbuslarla bağlı həmin icazəni verdi - Zaxarovadan AÇIQLAMA

Azərbaycanda saxlanılan 13 rusiyalı vətəndaşla əlaqədar konsulluq girişi razılaşdırılıb.

Jul 3, 2025 - 15:11
Bakı rusiyalı məhbuslarla bağlı həmin icazəni verdi - Zaxarovadan AÇIQLAMA

SAVASHMEDİA.az RBK-nın telegram kanalına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib.

Qeyd edək ki, bundan öncə Zaxarova “Solovyov Live”in efirində demişdi ki, Bakıda həbs olunan jurnalistlərə hələ də konsulluq əlçatanlığına icazə verilməyib.

XİN nümayəndəsi qeyd etmişdi ki, verilişdən əvvəl Rusiyanın Azərbaycandakı səfiri ilə əlaqə saxlayıb və o, şübhəlilərə hələ də konsulluq girişinin olmadığını deyib. Amma Rusiya bunun əksinə nail olacağına ümid edir: “Biz güman edirik ki, bu, təqdim ediləcək”. 

Zaxarovanın sözlərinə görə, Bakıdakı rusiyalı diplomatlar azərbaycanlı həmkarları ilə, o cümlədən Azərbaycan səfirliyi vasitəsilə bunun üzərində işləyirlər.

O, həmçinin efirdə iddia edib ki, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır və “bunu bəyənməyən” qüvvələr buna müdaxilə etmək istəyirlər.

Xatirə SADİQ