Trampın iştahı artdı – Ukrayna ilə sazişi dəyişdirmək istəyir
ABŞ prezidenti Donald Tramp faydalı qazıntılar haqqında sazişi “daha böyük və daha yaxşı”ya dəyişmək istəyir.
SAVASHMEDİA.az bu barədə “CBS News” telekanalına istinadən xəbər verir.
Telekanalın jurnalistləri öz mənbələrinə istinadən bildiriblər ki, saziş tamamlanmayıb. ABŞ prezidenti indi “daha böyük, daha yaxşı sövdələşmə” gözlədiyi üçün sazişin parametrləri dəyişə bilər.
Müqaviləyə əlavə edilə biləcək mümkün dəyişikliklərin təfərrüatları açıqlanmayıb.
Xatirə SADİQ