Kallasdan Vaşinqtona xəbərdarlıq – “Rusların tələsinə düşməyək”
Avropa İttifaqının baş diplomatı Kaya Kallas avropalı nazirlərlə ABŞ dövlət katibi Marko Rubio arasında baş tutan telefon danışığından bəhs edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kallas “X” platformasında yazıb.
Kallas bildirib ki, Rusiya Avropa və ABŞ-ni parçalamağa çalışacaq.
“Gəlin ABŞ ilə birlikdə çalışaraq onların tələlərinə düşməyək! Biz Ukraynanın şərtləri əsasında ədalətli və davamlı sülhə nail ola bilərik”, - deyə Kallas əlavə edib.
Bundan öncə İtaliya Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, İtaliya, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri, eləcə də Aİ-nin baş diplomatı Amerika və Rusiya nümayəndələri arasında Ər-Riyadda keçirilən ilk görüşlə bağlı dövlət katibi Marko Rubio ilə danışıblar.
Xatirə SADİQ