"Vecimə də deyil, kim qaldı, kim getdi..." - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfərini 10 mart tarixinə keçirib. 

Feb 19, 2025 - 12:47
"Vecimə də deyil, kim qaldı, kim getdi..." - Zelenski

O, bildirib ki, Ər-Riyadda ABŞ-Rusiya danışıqları başladığından fevralın 18-nə olan səfəfrini ertələyib. 

“Bizi bu görüşə, Səudiyyə Ərəbistanında keçirilən Rusiya-Amerika görüşünə dəvət etmədilər. Çoxları üçün olduğu kimi, bizim üçün də sürpriz oldu. Bu məlumatı mediadan aldıq. Ər-Riyadda kimin qalması, kimin getməsi mənin vecimə deyil, tərəfdaşlarımın nə düşündükləri mənim vecimə deyil. Ona görə də Səudiyyə Ərəbistanına getmədim”, - deyə Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib.

Zelenski deyib ki, Ukrayna tərəfi Səudiyyə Ərəbistanındakı tərəfdaşları ilə əlaqə saxlayıb: “Biz razılaşdıq ki, martın 10-da bu ölkəyə rəsmi səfərim olacaq”.

Ukrayna prezidenti qeyd edib ki, Amerika nümayəndə heyətini Kiyevdə gözləyir.

Xatirə SADİQ