Məhkəmə hüquq müdafiəçisinin həbsini rədd etdi - Sankt-Peterburqda
Sankt-Peterburqun Frunze Məhkəməsi hüquq müdafiəçisi Yelena Popovanın həbsi ilə bağlı vəsatəti rədd edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
Nəşr qeyd edib ki, istintaq hüquq müdafiəçisini Rusiya silahlı qüvvələri haqqında saxta məlumatlar yaymaqda ittiham edir.
Buna səbəb Popovanın sədri olduğu Şüurlu İmtinaçılar Hərəkatının (ŞİH) yaranma günü münasibətilə sosial şəbəkələrdə açdığı canlı yayım olub. Həmin təşkilat Rusiya Federasiyasında xarici agent kimi tanınır.
Avqustun 5-də hüquq müdafiəçisi barədə cinayət işi açılıb və Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları onun evinə axtarışa gəliblər.
Onun sözlərinə görə, FTX qüvvələri gələndən sonra özünü pis hiss edib və xəstəxanaya getməli olub. Tibbi sənədlərin açıqlanması ilə əlaqədar iclas bağlı qapılar arxasında keçirilib.
Elena Popova 15 ildən artıqdır insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir. 2014-cü ildə ŞİH-i yaratmaqdan əvvəl o, hazırda “xarici agent” kimi tanınan “Sankt-Peterburqun əsgər anaları” təşkilatının fəalı olub. Bu ilin iyulunda Popova mənəvi yorğunluq səbəbindən fəallığına son qoyduğunu açıqlayıb.
Xatirə SADİQ