Koreyalı hərbçilər həmyerlilərinə atəş açmalı oldular 

Koreya Respublikasının hərbçiləri Şimali Koreya əsgərlərinin hərbi-demarkasiya xəttini keçməsinə görə xəbərdarlıq atəşi açıblar.

Apr 8, 2025 - 15:43
Koreyalı hərbçilər həmyerlilərinə atəş açmalı oldular 

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərhəd pozucularının sayı 10 nəfər olub. Onlar xəbərdarlıq atəşindən sonra geri qayıdıblar. 

Koreya Respublikasının ordusundan bildirilib ki, 1500 nəfərə yaxın Şimali Koreya vətəndaşı demilitarizasiya zonasında tikanlı məftil quraşdırılması ilə məşğuldur. 

Xatırladaq ki, 1950–1953-cü illər müharibəsi atəşkəslə başa çatdıqdan sonra iki Koreya texniki cəhətdən hələ də müharibə vəziyyətində sayılır.

Xatirə SADİQ