Kürəkəni Şvartsneggerə uduzmasının səbəbini açıqladı - Video

Məşhur amerikalı kinoaktyor Arnold Svartsneggerin kürəkəni və həmkarı Kris Pratt qayınatası ilə bağlı zarafat edib. 

Apr 8, 2025 - 15:49
Kürəkəni Şvartsneggerə uduzmasının səbəbini açıqladı - Video

SAVASHMEDİA.az xəbər verir ki, bu, telekanallardan birinin efirində baş verib. 

Aparıcının “Arnold Şvartsnegger sizin qayınatanızdır” replikasına Kris Pratt təsdiqləyici cavab verib. 

“Bu fotoda siz şahmat oynayırsınız. Və mənə elə gəlir ki, sən qalib gəlirsən. Yəqin ki, ona qalib gəlmək naqolay olmalıdır. Axı o, Arnolddur” replikasına kürəkən belə cavab verib:

“Xeyr, o, çox yaxşıdır. Mən onu cəmi bir dəfə məğlub edə bildim. O, bu baxımdan çox istedadlıdır və şahmatı yaxşı oynayır. Onunla daha tez-tez oynaya bilmək üçün xüsusi olaraq şahmatla məşğul olmuşam. Mən onu cəmi bir dəfə məğlub edə bildim. O, həmişə qalib gəlir. Çünki heç vaxt müqavimət göstərmirəm. Yəqin ki, siz bunu başa düşürsünüz...”.

Tamaşaçılar bu yerdə qəh-qəhə çəkirlər.

Xatirə SADİQ