Britaniyalı alim Putini yalanda ittiham etdi – “Belə vəd olmayıb…”
NATO-nu zəiflətmək və Putinin aqressiv davranışına haqq qazandırmaq üçün Rusiya uydurma arqumentlərdən istifadə etməyə davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin beynəlxalq tarix üzrə professoru Kristina Şporun MSNBC-də dərc olunmuş köşə yazısında deyilir.
Professor yazır ki, bu uydurma arqumentlərdən biri NATO-nun guya Şərqə doğru genişlənməyəcəyi ilə bağlı Qərbin söz verməsidir.
O, qeyd edib ki, bu arqument ABŞ-də Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə təkrarlanmağa başlayıb. Bu arqumentin tərəfdarları iddia edirlər ki, 1990-cı ilin fevralında ABŞ dövlət katibi Ceyms Beyker “Şərqdən bir qarış da belə” sözlərini deyərkən, guya o, Sovet lideri Mixail Qorbaçova NATO-nun genişlənməyəcəyinə “söz verib”.
Şpor diqqətə çatdırıb ki, bu frazandan yapışanların əksəriyyəti kontekstə əhəmiyyət vermir. Halbuki, Beyker və Qorbaçov Mərkəzi və Şərqi Avropanın təhlükəsizliyini deyil, Almaniyanın yenidən birləşməsini müzakirə ediblər.
Onun sözlərinə görə, Beyker o zaman heç bir mphkəm və çevik vəd vermədi, çünki bunlar ideyaları yoxlamaq üçün sınaq danışıqları idi və hər iki tərəf gələcəkdə daha çox ünsiyyət quracağına söz verdi. Üstəlik, dövlət katibi kimi Beyker heç nə vəd edə bilməzdi, çünki prezident istəniləni imzalamalı idi.
O zamankı ABŞ prezidenti Corc Buş (ata) isə heç vaxt “bir qarış belə” ifadəsini işlətməyib. Bunun əvəzinə o, Şərqi Almaniya ərazisinin “xüsusi status”dan danışırdı, çünki bu, danışıqlar mövzusu olmalıydı.
Putin isə “soyuq müharibə”nin sonunda itirilən sovet təsir dairəsini geri qaytarmağa can ataraq öz təbliğat kampaniyasında dəfələrlə Qərbin “pozulmuş vədlər” yalan iddiasından istifadə edib. Onun üçün “bir qarış da belə” ifadəsi faydalı alətdir, çünki o, NATO-nu 1997-ci il sərhədlərinə qaytarmağa çalışır, bu zaman öz hərbi hərəkətlərinə və şəxsi revanşizminə haqq qazandırır.
Xatirə SADİQ