Bar və restoran terraslarında siqaret çəkmək qadağan ediləcək - İspaniyada
İspaniyada 2027-ci ilə qədər bar və restoran terraslarında siqaret çəkmək qadağan olunacaq.
SAVASHMEDİA.az EFE-yə istinadən xəbər verir ki, İspaniyanın səhiyyə naziri Monika Qarsiya buna tam əmin olduğunu bildirib.
Garsiya terraslarda siqaret çəkməyi qadağan edən və iş nəqliyyatı da daxil olmaqla siqaretdən azad zonaları genişləndirən qanun islahatları barədə xatırladıb.
“Biz irəliyə doğru gedən, yenidən tütün və siqaretlə mübarizədə öncül yer tutan ölkəyik”, - deyə nazir vurğulayıb.
İspaniya Səhiyyə Nazirliyinin apardığı araşdırma göstərir ki, terraslarda siqaret çəkməklə bağlı məsələdə siqaret çəkənlərlə və çəkməyənlər arasında konsensus var. Hər iki qrup bunun qadağan edilməsi ilə razılaşır.
Qeyd edək ki, Fransada iyunun 29-dan çimərliklərdə, parklarda, ictimai bağlarda və avtobus dayanacaqlarında siqaret çəkmək qadağan edilib.
Almaniyada bir sıra siyasətçilər bu məsələdə Fransadan nümunə götürülməsinə çağırırlar.
Xatirə SADİQ