“Çox cəsarətli hücum idi, amma...” - Kelloq Ukraynanın həmləsini şərh etdi

“Ukraynanın iyunun 1-də Rusiya hərbi aerodromlarına hücumu Rusiya ilə münaqişənin gərginləşməsi riskini artırıb və ABŞ bundan qaçmaq istərdi”.

Jun 4, 2025 - 14:49
“Çox cəsarətli hücum idi, amma...” - Kelloq Ukraynanın həmləsini şərh etdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Kit Kelloq “Fox News” telekanalına müsahibəsində bildirib. 

Kelloq ən azı iki aerodromda strateji təyyarələrin vurulması ilə nəticələnən bu əməliyyatı çox cəsarətli hücum adlandırıb. O, qeyd edib ki, bu, Ukraynanın təslim olmadığını göstərir. 

Lakin Kelloqun fikrincə, bu cür hücumlar risk səviyyəsini əhəmiyyətli dərəcədə artırır, çünki onlar Rusiyanın qondarma nüvə triadasının bir komponentini hədəf alır. 

Kelloqun sözlərinə görə, indi Rusiyanın necə cavab verəcəyi bəlli deyil: “Risk səviyyəsi yüksəlir. Düşünürəm ki, bu, məhz bizim qaçmağa çalışdığımızdır”.
 
Rusiya rəhbərliyi aerodromlara hücumu hələ şərh etməyib.

Ağ Evdən isə deyilib ki, Ukrayna əməliyyatla bağlı Vaşinqtona əvvəlcədən xəbərdarlıq etməyib.

Ukrayna Təhlükəsizlik Xidmətindən bildirilib ki, “Hörümçək toru” əməliyyatı zamanı dronların hücumuna məruz qalan Rusiya aerodromlarında 41 Rusiya təyyarəsi məhv edilib və ya zədələnib.

Xatirə SADİQ