Hantavirus təhlükəsi Azərbaycan sərhədində - 3 nəfər karantinə alındı

Hantavirusa yoluxma hallarının aşkarlandığı kruiz gəmisində olan Türkiyə vətəndaşları bu gecə İstanbula gətirilib.

May 11, 2026 - 16:59
Hantavirus təhlükəsi Azərbaycan sərhədində - 3 nəfər karantinə alındı

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin nəzarətində ölkəyə daxil olan 3 vətəndaş öz evlərində karantinə alınıblar.

Nazirlikdən bildirilib ki, Türkiyədə bu virusa yoluxma aşkarlanmayıb. Həmin 3 vətəndaşla bağlı karantin qərarı alınmasının səbəbi isə onların gəmidə yoluxmuş şəxslərlə təmasda olmaları və ya yoluxma riski daşıya biləcək qidalar qəbul etmələri ehtimalıdır.

Xatırladaq ki, Argentinadan hərəkətə başlayan, Niderlanda məxsus "MV Hondius" kruiz gəmisində hantavirusa yoluxma aşkarlanıb. Gəmidə 23 ölkədən 150 vətəndaş olub. Virus səbəbindən 3 nəfər həyatını itirib. İki sərnişinin (Fransa və ABŞ vətəndaşları) test nəticəsi müsbət olub.

Qeyd edək ki, hantavirus nadir, lakin son dərəcə təhlükəli xəstəlikdir. Virus infeksiya daşıyıcısı olan gəmiricilərin sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə ətrafa yayılır. Xəstəliyin erkən simptomlarına qızdırma, əzələ ağrıları və yorğunluq daxildir, sonrakı mərhələlərdə isə nəfəs darlığı və sinədə sıxılma hiss olunur. Virus ağciyərləri zədələyərək tənəffüs çatışmazlığına səbəb olur. Böyrəkləri də zədələyir və qanaxmaya meyilliliklə müşayiət olunur. Xəstəliyin dəqiq müalicəsi yoxdur.

Banu