Daban çatlarından xilas olmağın – Təbii üsulları

Daban çatları sürtünmə nəticəsində həm bizi narahat edir, həm də geyimlərimizə ziyan vurur. Pambıq kimi yumuşaq dabanlara sahib olmaq isə elə də çətin deyil.

Mar 25, 2025 - 18:19
Mar 25, 2025 - 18:20
Daban çatlarından xilas olmağın – Təbii üsulları

Böyük məbləğ xərcləmədən, evdəki təbii vasitələrlə buna nail ola bilərsiniz.

SAVASHMEDİA.az yumşaq dabanlar üçün qarışımları oxucularının diqqətinə çatdırır:

Zeytun yağı və şəkər tozu

Bir çay qaşığı zeytun yağına eyni miqdarda şəkər tozu əlavə edərək qarışdırın. Sonra qarışımı daban çatlarına sürtərək bir müddət yüngülcə masaj edin. Şəkər kristalları ölü dərini aradan qaldırır, zeytun yağı isə dərini nəmləndirir.

Üyüdülməmiş qəhvə və bal

Bir xörək qaşığı bala eyni miqdarda üyüdülməmiş qəhvə tökərək qarışdırın. Qarışımı daban çatlarına çəkib masaj edin. Qəhvə dərini canlandırır, bal isə nəmləndirərək yumşaldır.

İsidilmiş zeytun yağı

İki-üç qaşıq zeytun yağını isidib dabanınızı 10 dəqiqə xəfifcə masaj edin. Sonra pambıq corab geyinib 3-4 saat gözləyin. Daha sonra ilıq su ilə yuyun. Zeytun yağı dərini nəmləndirərək çatların birləşməsinə səbəb olacaq.

Lavanda yağı

4-5 damcı lavanda yağını bir çay qaşığı zeytun yağı (və ya kokos yağı) ilə qarışdırıb dabanınızı masaj edin.Bu qarışım həm dərini nəmləndirərək çatları ləğv edir, həm də ayağınızdakı yorğunluğu və şişkinliyi götürür.

İsti su ilə vanna

Bir qaba isti su töküb içinə bir neçə damcı nanə yağı və ya epsom duzu əlavə edib, ayaqlarınızı 15-20 dəqiqə vanna edin. Nanə yağı ayaqlarda qan dövranını sürətləndirir və təravətləndirici təsir yaradır. Epsom duzu isə dəridən toksinləri çıxarmağa kömək edir və ayaqların dərindən təmizlənməsini təmin edir. Həftədə bir dəfə bu prosesi təkrarlamaqla ayaqlarınızın daha sağlam və yumşaq olmasını təmin edə bilərsiniz.

Banu