Daha bir qadın Kəbədəki yaraşıqlı oğlanlarla bağlı VİDEO yaydı - "Kaş görəydiniz..."
Kəbə ziyarətinə gedən orta yaşlı qadının bir neçə gün öncə 3 gənc barəsində çəkdiyi video tənqidlərə səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, qadın videoda həmin gənclərin necə yaraşıqlı olduqlarından və buna görə təvafı çətinliklə başa vurduğundan danışıb.
Yaşlı qadına dəstək gecikməyib. Belə ki, dindar gənc bir xanım da video çəkərək həmin gənclərin yaraşığından dəm vurub:
“Həmin qadını tənqid etdiniz, amma düz deyirdi. O gəncləri mən də görmüşəm. Həqiqətən, çox yaraşıqlıdırlar. Hətta görəndə düşünürsən ki, bunlar insandır, yoxsa mələkdir? Mən onların müqəddəs şəxsiyyətlərdən olduğunu düşünürəm”.
Qeyd edək ki, gənc qadının videosu da tənqidlə qarşılanıb. Videoya rəy yazanlar “siz oraya ziyarətə getmisiniz, yoxsa yaraşıqlı adamlara baxmağa?, “Təvaf edərkən, ibadət edərkən necə başqa şeylərə diqqət yetirə bilirsiniz? kimi tənqidi suallar veriblər.
Banu